avatar
Terlan Novresli Doç. Dr. Azərbaycan Turizm və Menecment Universiteti
Yayın 0 Hakemlik 1
0 Yayın
1 Hakemlik

Uzmanlık Alanları

Turizm Ekonomisi Rekreasyon, Tatil ve Turizm Coğrafyası

Biyografi

Tərlan Növrəsli 22 yanvar 1978-ci ildə Bakı şəhərində: Atası alim, dosent Növrəs Rza oğlu, Anası ziyalı Nailə Mahmud qızı, qardaşları mədəniyyət və incəsənətimizi dünyaya tərənnüm edən Şahin, Arslan və Nurlandır. Şuşada fəaliyyət göstərən "Məclisi–üns" şairlər yığnağının üzvü olmuş, əsil-kökü şuşalı olan görkəmli şair Mirzə Ələsgər Növrəsin kötükcəsidir. 1992-1994 subbakalavr: indiki Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi nəzdində, Turizm Peşə Məktəbi (№68 TPM). 1995-1999 bakalavriat: Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu. 1999-2001 magistratura: Azərbaycan Dövlət İqtisad Universiteti (fərqlənmə diplomu). 2002-2003 təkmilləşdirmə: (Türkiye, İzmir, Ege Üniversitesi Türk Dünyası Araştırmaları Enstitütü – Türk dili). 2003-2010 fəlsəfə doktoru: (Türkiyə, İzmir, Dokuz Eylül Üniversitesi “Azerbaycan Turizm Potansiyelinin Kalkınma Amaçlı Değerlendirilmesi”) elmi dərəcəsini almışdır. 2011-ci ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində işləyir, 2017-ci ildən ATMU-nun “Turizm biznesi” kafedrasında dosent vəzifəsini icra edir. 2018-ci ildən ATMU-da elmlər doktoru proqramı üzrə “Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərinin turizm potensialının retrospektiv rekreo-reanimasiya təhlili” mövzusunda akademik fəaliyyətini davam etdirməkdədir. İlk şeir kitabı “Sərab” 2009-cu ildə Türkiyənin «Meqa» mətbəəsində çap edilmişdir. Şeirləri müxtəlif mətbu orqanlarında çap edilmişdir. Minə yaxın romantik fəlsəfi şeirlərin, romanların, poemaların, elmi məqalələrin, dərs vəsaitlərin, proqramların, tədris-metodik işlərin, elmi əsərlərin müəllifidir. Ailəlidir. Mirşah, Miray, Mirxan adlı 3 övladı var.

Kurum

Azərbaycan Turizm və Menecment Universiteti
Kullanıcının DergiPark'ta kayıtlı yayını bulunmamaktadır.
Crossref atıf bulunmamaktadır.
İnteraktif Rehber Aracı
Panel tanıtımını görmek istiyorsanız Turu Başlat' a tıklayabilirsiniz.